Fransa millisinin sabiq üzvü Azərbaycan klubunda
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
BEY.AZ xəbər verir ki, Premyer Liqaya qayıdan bölgə təmsilçisi Brahim Konateni heyətinə qatıb.
Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate Fransa U-20 yığmasında da oynayıb. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” olub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |