fbpx

“Fransa özünə dayaq tapmaq üçün bu regiona müdaxilə edir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Fransa deputatlarına açıq məktubumuz Fransa hökümətinin və seçkili orqanlarının birləşmiş şəkildə başqa ölkənin, yəni Azərbaycanın daxili işlərinə yersiz və qanunsuz müdaxiləsinə etirazımızı bildirmək məqsədi daşıyır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib. Millət vəkili hesab edir ki, müraciətin açıq məktub şəklində yayımlanması Fransanın ölkəmizə qarşı yürütdüyü qərəzli siyasəti və Azərbaycan cəmiyətinin reaksiyasını dahageniş auditoriyaya çatdırmaqdır.

“Öz ölkəsində insan haqlarına məhəl qoymayan, beynəlxalq qanunlarını öz mənafeyinə uyğun olaraq təhrif etməyə cəhd göstərən və dünyanın bir sıra bölgələrində ayrı-ayrı xalqları və millətləri hələ də müstəmləkəçilik əsarətində saxlayan Fransanın Azərbaycan ərazisində yaşayan ermənilərin separatçılıq cəhdlərini və təxribatlarını dəstəkləməsi birbaşa Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti kimi qiymətləndiririk.

Rüya tabirlerini burdan oku

Artıq dəfələrlə Fransa Senatına və Milli Assambleyasına rəsmi müraciətlər göndərmişik. Lakin heç vaxt bizim müraciətlərimizə rəsmi cavab verilməyib. Aydındır ki, Fransalı deputatların bizə verməli cavabları yoxdur. Çünki, onlar tərəfindən ölkəmizə qarşı qəbul edilmiş bütün qərəzli sənədlər Yelisey Sarayından, prezident Makron tərəfindən gəlmiş göstərişlər əsasında baş verib. Fransa deputatları öz seçicilərinin yox, siyasi hakimiyyətin istək və tələblərini yerinə yetirən oyuncaq bir qurumdur. Artıq dəfələrlə bunun şahidi olmuşuq”.

Fransa Senatı və Milli Assambleyası o ölkədə yaşayan və son yüz il ərzində kifayət qədər strukturlaşmış erməni lobbi təşkilatlarının sifarişlərini yerinə yetirən siyasi korrupsiya mərkəzinə çevridiyini xatırladan Cavanşir Feyziyev vurğuladı ki, bu həmin deputatlardır ki, Fransada ən adi hüquqlarını reallaşdıra bilməyən müsəlman vətəndaşların tələblərini eşitmək belə istəmirlər:

“Fransadan 3000 km aralıda yerləşən Ermənistana və Azərbaycan ərazisində yaşayan ermənilərə hətta hərbi yardım göstərilməsini dilə gətirirlər. Bəzi bölgələrdə öz nüfuzunu və hökmranlığını itirən Fransa Cənubi Qafqazda baş verən hadisələrə müdaxilə etməklə, bu bölgədə özünə növbəti dayaq nöqtəsi axtarır. Ermənilər isə tarixən böyük güclərin vassallığı altında yaşamağa öyrəniblər. Son iki yüz ili Rusiyanın forpostu kimi tanındıqdan sonra bu gün Fransanın Ermənistana ağalıq etməsini arzulayırlar. Lakin fransızlar anlamalıdırlar ki, ermənilər bu bölgədə heç zaman mütləq söz sahibi olmayıblar və bu gün də deyillər. Azərbaycanın maraqları nəzərə alınmadan onların heç bir siyasi məqsədi həyata keçirilə bilməz. Azərbaycan heç zaman Fransaya Ermənistanı öz müstəmləkəsinə çevirməyə imkan verməyəcək”.

Millət vəkili qeyd etdi ki, Fransa prezidenti və onun “sözəbaxan” deputatları başa düşməlidirlər ki, Cənubi Qafqazda Fransanın pozuculuq siyasətinə yol verilməyəcək:

“Azərbaycana qarşı atılan hər bir qərəzli addım onların beynəlxalq siyasətdəki roluna və çəkisinə xələl gətirməklə nəticələnəcək. 2 il əvvəl Fransa parlamenti höküməti Qarabağda yaşayan ermənilərin “dövlət müstəqilliyini” tanımağa çağırmışdı. Prezident Makronun tapşırığı ilə ölkəmizə qarşı başladıqları bu təxribat bumeranq kimi Fransanın özünə qayıtdı. Azərbaycan Prezidenti Fransanın bu təxribatçı addımına Qoşulmama Hərakatının tədbirlərindən birində layiqli cavab verdi. Prezident İlham Əliyev Fransa dövlətini uzun müddət müstəmləkə altında saxladığı xalqlardan üzr istəməyə çağırdı.

Qoşulmama Hərakatının Əlaqələndirmə bürosunun Nazirlər görüşündə yenidən Fransanın neo-müstəmləkəçilik siyasəti ciddi tənqidə məruz qaldı. Hazırda bəzi Afrika ölkələrində baş verən hadisələr, Fransanın qeyri-qanuni hökmranlığına qarşı təşkil olunan iğtişaşlar Fransanın beynəlxalq arenadanüfuzunu günbəgün itirməsinin göstəricisidir. Biz bu xalqların Fransa müstəmləkiçiliyinə qarşı apardıqları mübarizəni dəstəkləyirik və əminəm ki, Fransanın hələ də güclə öz təsiri altında saxladığı xalqlar tezliklə Fransa asılılığından xilas olacaqlar”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fransa #özünə #dayaq #tapmaq #üçün #regiona #müdaxilə #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu