fbpx

Fransa Prezidenti İlham Əliyevi təbrik edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Ötən otuz il ərzində və diplomatik münasibətlərimizin qurulmasından bəri Fransa və Azərbaycan iqtisadi, universitet və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa Respublikasının Prezidenti Emmanuel Makronun 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda bildirilib.

“Avropa və xarici işlər naziri Katrin Kollonanın aprelin 26-27-də Bakıya səfəri ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün ümumi istəyimizi görməyə imkan verdi və bu, məni məmnun edir. Bu, həmçinin Fransanın Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı, bütün regionun sabitliyi və rifahı üçün zəruri olan sülh naminə öhdəliyini xatırlamağa imkan verdi”, – deyə E.Makron qeyd edib.

İyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində Prezident İlham Əliyevlə yenidən görüşəcəyindən məmnunluğunu bildirən Fransa Prezidenti vurğulayıb: “Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit də bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq”.



Rüya tabirlerini burdan oku



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fransa #Prezidenti #İlham #Əliyevi #təbrik #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu