Fransa Prezidenti Rusiyaya səfər edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya gəlib.
Metbuat.az xəbər verir ki, Fransa Prezidenti gətirən təyyarə hava limanına enib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra çərşənbə axşamı Kiyevə gedəcək.
Moskva görüşündən əvvəl isə ABŞ Prezidenti Co Baydenlə Makron arasında telefon danışığı olub. Liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Bayden və Makron Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.