Fransa qarışdı: Makronun prezident seçilməsinə qarşı etirazlar keçirilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Fransanın bəzi şəhərlərində Emmanuel Makronun prezident seçilməsinə qarşı etiraz aksiyaları keçirilib.
Metbuat.az xəbər verir ki, Paris, Lyon, Ren, Strasburq və Nant şəhərlərində keçirilən aksiyalara yüzlərlə nümayişçi qatılıb. Polis aksiyaya müdaxilə edib. Nəticədə tərəflər arasında toqquşma baş verib. Polis nümayişçiləri ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qaz tətbiq edib.
Qeyd edək ki, Emmanuel Makron seçkilərin ikinci turunda 58,55 % səs toplayaraq prezident seçilib. Onun rəqibi – Milli Birlik Partiyasının namizədi Marin Le Pen isə seçicilərin 41,45 %-nin dəstəyini qazanıb .
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.