fbpx

Fransada Eyfel qülləsi ilə bağlı gərginlik yaşanır



Fransada Eyfel qülləsinin statusu ilə bağlı fikir ayrılığı yaşanır.

BEY.AZ xəbər verir ki, mədəniyyət naziri Raşida Dati və Paris meri Ann Hidalqo Eyfel qülləsinin statusu ilə bağlı razılığa gələ bilmirlər. Mədəniyyət naziri Eyfel qülləsinin statusunun dəyişdirilərək tarixi abidə kimi qeydə alınmasını istəsə də, Paris meri Ann Hidalqo bu tələbə qarşı çıxıb. “Le Parisien” qəzetinə açıqlama verən Dati bildirib ki, Fransanın digər böyük şəhərləri ilə müqayisədə Parisdə qeydə alınmış tarixi abidələrin sayı azdır.

Onun sözlərinə görə, əvvəllər Eyfel qülləsi tarixi abidə kimi qeydiyyata alınsa da, bu sənədləşməyib. O qeyd edib ki, Eyfel qülləsi tarixi abidə kimi qeydiyyata alınsa daha yaxşı qoruna bilər. Fransız mətbuatında yer alan xəbərlərə görə, Hidalqo Eyfel qülləsini onsuz da çox yaxşı qoruduğunu bildirir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin