fbpx

Fransada futbol meydançasına ildırım düşdü



Fransanın şimalında yerli komandanın məşq zamanı futbol meydançasına ildırım düşüb, bir nəfər ölüb, ən azı iki nəfər yaralanıb.

BEY.AZ xəbər verir ki, bu barədə “La Voix du Nord” qəzeti yazıb. Hadisə Kurye kommunasında (Pa-de-Kale departamenti) axşam saatlarında baş verib. Hadisə yerinə gələn xilasedicilər 33 yaşlı məşqçinin öldüyünü təsdiqləyib.

Xəstəxanaya yerləşdirilən yaralılardan biri ayağında yanıqdan, ikincisi isə döş qəfəsində ağrılardan şikayətlənib. Hadisə zamanı stadionda 33 nəfər olub. Yerli prefekturadan verilən məlumata görə, onlar şok vəziyyətindədirlər, lakin özlərini yaxşı hiss edirlər.

Nəşrin qeyd edib ki, yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları və polis hazırda hadisə yerində işləyir.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin