Fransada iki erməni əsilli nazir oldu
Fransa hökumətinin yeni tərkibi bir neçə həftə davam edən gərgin məsləhətləşmələrdən sonra təsdiqlənərək elan edilib.
BEY.AZ-ın məlumatına görə, nazirlərin siyahısını Fransa Prezident Administrasiyasının rəhbəri Aleksi Koler açıqlayıb.
Demokratik Hərəkat Partiyasından olan Avropa məsələləri üzrə keçmiş nazir Jan-Noel Barro yeni xarici işlər naziri vəzifəsinə təyin edilib və Avropa Komissiyasının vitse-prezidenti təyin edilən Stefan Sejurneni əvəzləyib.
Sebastyan Lekornu Fransa Silahlı Qüvvələri naziri postunu saxlayaraq yeni hökumətdə də vəzifəsinə davam edəcək.
Didye Miqot Fransanın ədliyyə naziri, Bruno Retaillot isə daxili işlər naziri təyin edilib.
Hökumətə erməni əsilli iki nazir də daxil olub. Belə ki, Astrid Panosyan-Buvet əmək və məşğulluq naziri, Giyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi və transformasiyası naziri olub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |