Fred “Fənərbağça”ya görə fantastik məbləği rədd etdi
“Fənərbağça”nın braziliyalı yarımmüdafiəçisi Fredin bu yay önəmli bir transferi rədd etdiyi məlum olub.
BEY.AZ türk mediasına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu İstanbulda yaşamaqdan və “Fənərbağça” forması geyinməkdən xoşbəxt olduğunu, Joze Mourinyo ilə çalışmağa davam etmək istədiyini deyib və klubdan ayrılmayıb.
Məlumata görə, braziliyalı futbolçuya təklif edilən müqavilədə 3 il üçün 30 milyon avro nəzərdə tutulub.
Qeyd edək ki, Fred İstanbul klubunda 5 milyon avro maaş alır və müqaviləsi 2027-ci ildə başa çatacaq.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |