fbpx

“Front-end” sahəsində trendlər və təhsil: Developer sorğusunun tənqidi nəticələri

Rüya Yorumları burda


Son zamanlar texnologiya sahəsində, xüsusilə də front-end development istiqamətində sürətli dəyişikliklər baş verir. Bu dəyişikliklərin təsirini və sahənin gələcəyini daha yaxşı anlamaq üçün “Sayt.az” şirkəti olaraq 30 təcrübəli developerin iştirakı ilə geniş bir sorğu keçirdik.

Bu məqalədə sorğunun nəticələrini və əldə edilən əsas məqamları, o cümlədən developerlərin tənqidi fikirlərini sizinlə bölüşəcəyik.

“Front-end” Developerlərin Sayındakı Artım

Sorğuda iştirak edən developerlərin əksəriyyəti son dövrlərdə front-end mütəxəssislərinin sayında əhəmiyyətli artım müşahidə etdiklərini bildiriblər. Lakin bu artımın bəzi mənfi tərəfləri də qeyd olunub:

• Kursların həddən artıq reklamı və marketinq rəqabəti

Rüya tabirlerini burdan oku

• İş tapmaq vədləri ilə tələbələrin cəlb edilməsi

• Qısa müddətdə (3-6 ay) peşəkar səviyyəyə çatmağın qeyri-mümkünlüyü

• Real bazar tələbatından artıq tələbə qəbulu

Sorğuda iştirak edən, “Sayt.az” şirkətinin əməkdaşı, Front end developer Mirəfqan Eminbəyli bildirib ki, plazalarda, lift monitorlarında bu kurslar həddən artıq reklam olunur: “Artıq bu kurslar texniki bilik üzrə yox, güclü marketinq rəqabəti edirlər bir-biri ilə”.

“Front-end” sahəsində sürətli artımın səbəbləri

Developerlərin fikrincə, front-end sahəsində sürətli artımın əsas səbəbləri bunlardır:

• İlk baxışdan asan görünməsi

• Vizual effektlərin cəlbediciliyi

• Qısa müddətdə öyrənmə vədi

• Yüksək maaş gözləntiləri

Bu sahədə artımın səbəbləri ilə bağlı Mirəfqan bəy bildirib: “İlk baxışdan asan görünməsi. Daha slaydlar, effektlər və s. görəndə fikir dəyişir, yəqin ki?!”.

Gələcək trendlər

Developerlərin fikrincə, front-end sahəsinin gələcək inkişafı aşağıdakı istiqamətlərdə ola bilər:

• Komponent əsaslı (component-based) frameworklərin daha geniş istifadəsi

• Kod testlərinin vacibliyi və test-driven development

• UI/UX dizaynın texniki və statistik qiymətləndirilməsi

• API monitorinqin əhəmiyyəti

• Süni intellekt və maşın öyrənməsi inteqrasiyaları

Təhsil və kursların keyfiyyəti

Sorğuda iştirak edən developerlərin 80%-i hazırda tədris olunan proqramlaşdırma kurslarının keyfiyyətinin və məzmununun iş bazarının tələblərinə cavab vermədiyini düşünür.

Kursların əsas problemləri:

• Tələbələri aldatmaq və əsassız vədlər vermək

• Bazar tələbindən artıq tələbə qəbulu

• Özünü inkişaf etdirmə bacarıqlarının öyrədilməməsi

• Dövlət təqaüdləri almaq üçün çoxlu tələbə cəlb etmək

“Sayt.az” şirkətinin digər üzvü, “Front-end” Fuad Məmmədov kursların fəaliyyətindən danışıb. O qeyd edir: “Qısaca çox pis. Tələbələri aldatmaqla məşğuldurlar. Bazar tələbindən artıq tələbə götürürlər. İş vədlərinin dalında dura bilmirlər”.

Kurs seçimində vacib amillər

Developerlərin fikrincə, kurs seçərkən diqqət yetirilməli olan əsas amillər:

• Əsas (core) biliklərlə yanaşı real iş mühiti haqqında tədris

• Məhsul testlərinin yazılması və test-driven development öyrədilməsi

• Özünü inkişaf etdirmə bacarıqlarının aşılanması

• Dərin və mürəkkəb mövzuların əhatə olunması

Yeni başlayan developerlərə məsləhətlər

Təcrübəli developerlərin yeni başlayanlara əsas məsləhətləri:

• Kursların vədlərinə həddindən artıq güvənməmək

• Öyrənmə prosesinin 99%-nin fərdi səylər hesabına olduğunu anlamaq

• Özünüinkişaf üçün fərdi yol xəritəsi hazırlamaq

• Kurslarda tədris olunmayan mürəkkəb mövzuları araşdırmaq

• Qlobal bazardakı tələbləri və trendləri izləmək

• Texniki test yazma bacarıqlarını inkişaf etdirmək

Developerlər yeni başlayanlara bunu məsləhət görüblər: “Kursların əsassız motivasiyaları və vədlərinə çox böyük bel bağlamayın ki, sonradan ruh düşkünlüyü yaşamayasınız. Kurslar sizə sadəcə 1% bilik öyrədirlər. Qalan 99%-i özünüz öyrənməlisiz”.

Bu sorğu göstərir ki, “front-end development” sahəsi sürətlə inkişaf edir, lakin bu inkişafla bərabər bəzi problemlər də meydana çıxır. Təhsil proqramlarının keyfiyyəti və real bazar tələblərinə uyğunluğu əsas narahatlıq mənbəyidir. Gələcəkdə uğurlu olmaq üçün developerlər daim özlərini təkmilləşdirməli, yeni texnologiyaları mənimsəməli və real iş təcrübəsi qazanmalıdırlar. Kurs seçimi və karyera inkişafında daha tənqidi və realist yanaşma tələb olunur.

Sayt.az” şirkətinin apardığı bu dəyərli araşdırma Azərbaycanda İT sahəsinin inkişafı və gələcək trendləri haqqında əhəmiyyətli məlumatlar təqdim edir. Şirkətin bu cür təşəbbüsləri, yerli texnologiya ekosisteminin inkişafına və şəffaflığın artırılmasına töhfə verir.







ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu