fbpx

Fuad Muradov İsveçə səfərə getdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İsveç və Norveçdə keçirilən tədbirlərdə iştirak edəcək.

Metbuat.az xəbər verir ki, Dövlət Komitəsi rəhbərliyinin fevralın 25-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil edilmiş anım mərasimi və sərgidə iştirakı nəzərdə tutulur.

Sərgidə məşhur fotoqraf Mikael Silkebergin 2021-ci ildə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərdə lentə aldığı 30-dan artıq foto nümayiş etdiriləcək.

Rüya tabirlerini burdan oku

Səfər çərçivəsində İsveç rəsmiləri, burada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri və yəhudi icmasının rəhbəri ilə görüşlər də planlaşdırılır.

Fevralın 27-da isə Dövlət Komitəsinin sədri Norveçin paytaxtı Osloda Norveç Azərbaycanlı Gənclər Təşkilatının nəzdindəki Nizami Gəncəvi adına həftəsonu məktəbində olacaq, daha sonra Dövlət Komitəsinin dəstəyi ilə “CAN” təşkilatının keçirdiyi Xocalı soyqırımına həsr olunmuş sərgi və anım tədbirində iştirak edəcək. Səfər çərçivəsində müxtəlif rəsmi şəxslər və Azərbaycan icmasının nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu