Futbol üzrə Azərbaycan 1-ci Liqasında qumar qalmaqalı


Futbol üzrə Azərbaycan 1-ci Liqasının 20-ci turunda keçirilən “İrəvan” – “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır.

BEY.AZ xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev deyib.

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər”, – AFFA rəsmisi bildirib.




Exit mobile version