fbpx

Futbolçularımız bu oyuna xüsusi yanaşmışdılar



“Əlimizdən gələni etsək də, qalib gələ bilmədik. Futbolda bu cür nəticələr olur”.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Estoniya ilə oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis təqib komandanın qapıçısı çox yaxşı oyun nümayiş etdirdiyini bildirib:

“İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. Demək olar ki, hər iki komanda təhlükəli qol epziodları yarada bilirdi. 20 dəqiqədən sonra isə futbolçularım ancaq hücum futbolu nümayiş etdirdilər. Futbolçularımız bu oyuna xüsusi yanaşırdılar. Qalib gələ bilmədiyimiz üçün məyusuq. Rəqib komanda çox yaxşı müdafiə olunurdu”.

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə bərabərə qalıb. Millimiz qrupda son matçını noyabrın 19-da səfərdə İsveç seçməsinə qarşı keçirəcək.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin