fbpx

Füzulidə əməliyyat keçirildi – Saxlanılanlar var

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Füzulidə oğurluq əməlləri törətməkdə və narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.

Araşdırmalarla onların Nemət Haqverdiyev, Fəridə Rəhimova, Vüsal Bədəlov, Hikmət Tağıyev, Musa Hətəmov, Qardaş Gülmalıyev, Natiq Həziyev və Məhərrəm Rüstəmov olduqları müəyyən edilib.

Rüya tabirlerini burdan oku

Adıçəkilən şəxslərin rayon ərazisində yerləşən mağazadan, anbardan və evdən oğurluqlar edərək ümumilikdə, 50 min manata yaxın dəyərdə ziyan vurduqları aşkar olunub. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Keçirilmiş digər bir əməliyyatla narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən xarici ölkə vətəndaşı da saxlanılıb. Onun İran İslam Respublikasının sakini Hosein Farhadi olduğu müəyyən edilib. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Füzulidə #əməliyyat #keçirildi #Saxlanılanlar #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu