Füzulidə polis serjantı minaya düşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
İyunun 26-sı saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Metbuat.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilmiş, hazırda vəziyyəti qənaətbəxşdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.