fbpx

Füzuliyə gedən Manaf Ağayevi belə qarşıladılar


Müğənni Manaf Ağayev ad günündə Füzuli şəhərinə yollanıb.

BEY.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, 60 yaşına qədəm qoyan sənətçi bu münasibətlə növbəti dəfə ata yurduna gedib.

Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun doğum gününə salıblar.

“Bu gün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu. Allah bəyimizi xoşbəxt eləsin. Hər zaman Qarabağımıza xoş günlərə gələk, İnşallah”, – deyə Manaf vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə “AA” seriyalı avtomobili ilə Füzuliyə gedən Manaf Ağayevin görüntüləri sosial şəbəkədə yayılaraq səs-küylə qarşılanmışdı.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində M.Ağayev və dostunun işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olduğu məlum olmuşdu. Bu səbəbdən müğənni 15 sutka həbs olunmuşdu.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin