Gələn həftə bürcləri nə gözləyir?
Astroloqlar qarşıdakı həftə üçün bürcləri gözləyən yenilikləri açıqlayıblar.
BEY.AZ xarici mediaya istinadən bürc proqnozlarını təqdim edir:
Oğlaq – işləri qaydasına salmağın zamanıdır, bu həftə “uğur zolağı”nın başlanğıcı ola bilər. Planlı və nizamlı hərəkət etmək lazımdır.
Dolça – maddi cəhətdən işləriniz qaydasına düşə bilər, yaxşı təkliflər ola bilər. Özünüzə güvənin və risk etməkdən çəkinməyin.
Balıqlar – şəxsi münasibətləri qaydasına salmaq lazımdır. Əks halda, problemlər dərinləşə bilər. Eqoist davranışlardan qaçın.
Qoç – ailə daxilində baş verən mübahisələri sonlandırmaq üçün əla zamandır. Anlayışlı və diqqətcil olmaq lazımdır.
Buğa – sərfəli iş təklifləri ala bilərsiniz. Qərar verərkən uzunmüddətli qərarlar vermək lazım gələcək. Bu təkliflər nəticəsində maddi durumunuz yaxşılaşa bilər.
Əkizlər – əlinizə yüksək məbləğ keçəcək. Şəxsi inkişafınıza, biznes və karyeraya yatırım etmək üçün şanslı dövrdür. Fürsəti qaçırmayın.
Xərçəng – arzuladığınız insanla qarşılaşa bilərsiniz. Eşq həyatınızda uğurlu bir dönəmə girirsiniz. Seçim edərkən diqqətli qərarlar vermək lazımdır.
Şir – iş yerindəki konfliktləri sonlandırmaq lazımdır. Əks halda, iş həyatınızda problemlər yarana bilər. Eyni zamanda, qarşıdakı həftə maddi itkiləriniz olacaq.
Qız – xoş olmayan xəbərlər ala bilərsiniz. Lakin öhdəsindən gələ biləcəyiniz bu problemlər tezliklə həll olunacaq. Yetər ki, geri addım atmayın.
Tərəzi – ailə və dostlarınızla ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Bunun davamlı bir problemə çevrilməməsi üçün anında doğru qərarlar vermək lazım gələcək.
Əqrəb – eqoist davranışlarınız ətrafınızdakıları bezdirə bilər. Odur ki, daha səmimi və qayğıkeş olmağınız lazım olacaq. Qarşıdakı həftə kiçik anlaşılmazlıqlar gözləyir.
Oxatan – çoxdandır gözlədiyiniz xoş xəbərləri gələn həftə eşidə biləcəksiniz. Nəticədə maddi və psixoloji olaraq uğurlu günləriniz başlayacaq.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |