fbpx

Gələn il maaşlar nə qədər artacaq?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Gələn il büdcədən maliyyələşən təşkilatlarda maaşların ödənilməsi üçün nə qədər vəsaitin xərclənəcəyi məlum olub.

BEY.AZ xəbər verir ki, Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünü açıqlayıb. Sənəddə qeyd edilib ki, növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.

Bəs, 2024-cü ildə maaşlar nə qədər arta bilər?

Gələn il əməyin ödənilməsi xərclərinə yönəldiləcək vəsaitin məbləği cari ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat və ya 6 faiz çoxdur. Hərçənd ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu 8 milyard 497,2 milyon manatdır ki, bu da ötən il bu istiqamətdə xərclənən vəsaitdən 1 milyard 31,5 milyon manat çoxdur. Başqa sözlə, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü ildə isə 15 faiz artırılaraq 300 manatdan 345 manata yüksəlib. Bu artımlar özündən əvvəlki illərdəki inflyasiya göstəricilərinə əsasən reallaşmışdı. Belə ki, 2021-ci ildə orta illik inflyasiya 6,7 faiz olsa da, illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Gələn #maaşlar #nə #qədər #artacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu