fbpx

Gənc oxuyanlar efirdə ağızlarına gələni danışırlar

Rüya Yorumları burda

“Televiziyalara çıxarılan gənc oxuyanlar (mən onlara müğənni demirəm) efirdə ağızlarına gələni danışırlar. Biz bu rüsvayçılığa son verməliyik, belələrinin sayı günü-gündən artır, çünki bu yola maraq göstərənlər çoxalır. Biz kütləvi şəkildə onların qarşısını almalıyıq…”

BEY.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Gənc müğənnilərib bir qisminin fəaliyyəti barədə danışan sənətçi onları sərt şəkildə qınayıb:

“Nə geyim-keçimlərini, nə danışıqlarını bilirlər, nə efir mədəniyyətləri var. Bilmirəm belələri hansı kənddən-kəsəkdən, hansı soydan-kökdən gəlir, amma düşünürəm ki, bir başı papaqlı, ağsaqqal, ağbirçəyi olsaydı, yəqin ki, qulağından çəkərdi ki, oxuyursansa, get oxumağınla məşğul ol, çıxıb efirdə ağzına gələni danışma, bizi rüsvay etmə, əxlaqsızlığı Avropalaşmaq adı ilə millətə sırıma.

Mən bir gün belələrinin siyahısını tutub məhkəməyə verəcəyəm. Fərhad Bədəybəyli, Siyavuş Kərimli, Zeynəb Xanlarova, Flora Kərimovadan ibarət komissiya yaradacağam və bu gəncləri yoxlayacağam, görüm onların istedadı, ritmi varmı?”

Rüya tabirlerini burdan oku

Xalq artisti bəzi meyxana ifaçılarını da tənqid edib:

“Bu gün hərəsi bir meyxana ritmi tutub çıxıb oxuyurlar. Haranı açırsan musiqili meyxana gedir. Meyxanaçılar da artıq manıslıq edirlər. Meyxanaçıların içində yaxşı oğlanlar var, amma bəziləri keçiblər musiqiyə. Belə etməyin! Meyxana xalqın poeziyası, mənəviyyatı, ritmidir, meyxana gözəl sənətdir, niyə bunu şouya döndərib düşmüşünüz ortalığa?! Onda manıslarla sizin daha nə fərqiniz qaldı? Qədim folklor sənətimizi xalq uzun illər qoruyub saxlayıb, amma indi meyxanaçılar şoumenlik etməyə başlayıblar. Niyə?! Əgər şoumenlıik edəcəksinizsə, meyxananın adından istifadə etməyin!”

Ə.Mahmudbəyov qeyd edib ki, hər yoldan ötənin televiziyaya çıxarılmasına imkan vermək olmaz:

“Səsi, ritmi, mədəniyyəti, əxlaqı olmayanları, düzgün tələffüz qaydalarını belə bilməyənləri efirlərə çıxarmaq olmaz! Telekanallar belə şeylərə diqqət etməlidir. Ucuz, səviyyəsiz sözləri ritm üstündə yığıb çıxıb milyonların qarşısında səsləndirirlər. Əziz aranjemançılar, bu cür mahnıları belələri üçün hazırlamayın! Bunları efirlərə doldurmayın.

Mən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə üzümü tuturam, bu işi nəzarətə götürün! İfa mədəniyyətimizin qorunması bilavasitə sizin adınızla bağlıdır. Bu gənclər ifa mədəniyyətimizi pis günə qoyurlar, niyə səsinizi çıxarmırsınız?!

Bu gün hər yoldan ötəni televiziyaya buraxsaq, sabah bunun qarşısını almaq çətin olacaq. Bir müddət sonra uşaqlarımız da üzümüzə qayıdacaq, deyəcək ki, “bu dəbdir”. Çünki gözünü açıb televiziyada, sosial şəbəkələrdə gördüyü budur. Gec olmadan həyəcan təbili çalmağın vaxtıdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu