Gələcəyin OLED displeyi hazırlandı – VİDEO
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-lı mühəndislər gələcəyin OLED displeyini yaradıblar.
Metbuat.az xəbər verir ki, yeni displeydə adi klaviaturanın reaksiyasını imitasiya etmək mümkün olacaq. Bunun üçün müəyyən sahələrə toxunduqda interfeysdəki düymələr qabarmaqla əməliyyatı yerinə yetirməyə şərait yaradacaq.
Yeni texnologiya əsasında hazırlanan düymələr kifayət qədər möhkəm hiss olunur və mümkün qədər əsas səthdən 1,5 mm yuxarı çıxa bilir. Displeyin bütün komponentləri olduqca nazikdir və çəkisi 40 q-dan azdır.
Qeyd olunur ki, belə displeylər prototip sayılmaqla bərabər onların real cihazlarda perspektivdə mümkün olacağı bəlli deyil. Mühəndislərin açıqlamalarına görə, böyük istehsalçıların displeylərlə maraqlanıb-maraqlanmayacağını zaman göstərəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gələcəyin #OLED #displeyi #hazırlandı #VİDEO