fbpx

Gələn həftədən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün ərizə qəbulu başlayır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 25 aprel – 4 may tarixlərində keçiriləcək.

İnsan Resursları Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edək ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Rüya tabirlerini burdan oku

Əlavə olaraq, müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:

– Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

– İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır.

– Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;

– 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu