fbpx

Gələn il pensiyalar bu qədər artacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Hazırki tendensiya gələn il bütün növ əmək pensiyalarında ikirəqəmli artım olacağını göstərir.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, mövcud qaydalara əsasən, əmək pensiyaları il ərzində orta aylıq əmək haqqındakı artım faizi ilə indeksasiya olunur.

Rüya tabirlerini burdan oku

“Pensiya kapitalı isə əvvəlki ildə illik infilyasiya səviyyəsinə indeksasiya olunaraq artırılır. Yəni, 2024-cü ilin yanvarında əmək pensiyaları 2023-cü ildə orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə 2023-cü ildə qeydə alınan rəsmi infilyasiyaya indeksasiya olunaraq artırılacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında nominal orta aylıq əmək haqqı 11.5 faiz artıb. Bu ondan xəbər verir ki, orta aylıq əmək haqqında iki rəqəmli artım var”, – deyə deputat əlavə edib.

V.Bayramov qeyd edib ki, mövcud artım tempi ilin sonuna qədər qorunarsa, o halda əmək pensiyaları 2024-cü ildə ikirəqəmli indeksasiyaya cəlb oluna bilər.

“Hazırda bu rəqəm 11.5 faizdir. İlin sonuna qədər orta aylıq əmək haqqında hər hansı bir ciddi fərq baş verməzsə, bu halda növbəti ilin yanvarında bütün növ əmək pensiyalarının 11 faiz ətrafında artırılması mümkün olacaq. Təbii ki, dəqiq rəqəm 2024-cü ilin əvvəllərində bəlli olacaq. Amma tendensiya onu göstərir ki, gələn il əmək pensiyalarında ikirəqəmli artım olacaq”, – deyə o,vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gələn #pensiyalar #qədər #artacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu