fbpx

Gəncə qapıları məsələsi gündəlikdə deyil

BEY.AZ informasiya agentliyi xəbər verir


Gəncə qapıları məsələsi GürcüstanAzərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində yer almayıb”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mari Narçemaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələr arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq spektri ilə təsdiqlənir:

“Gəncə qapılarına gəlincə, bu məsələ Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəlikdə yoxdur. Buna müvafiq olaraq, məsələ iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın protokolunda da əks edilməyib”.

Gəncə qapılarının bir tayı qonşu ölkənin Gelati monastrında saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər qapının bir hissəsini Gürcüstana aparıblar. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin