Gəncədə restoranda istifadə müddəti bitən alkoqolsuz içkilər aşkarlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Gəncə şəhəri, Radiostansiya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Xələfova Gülnarə İlham qızına məxsus “Maralgöl” restoranında keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, həmçinin istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Metbuat.az-a verilən məlumata görə, faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.