Gəncədə sosial xidmət müəssisəsində baş verən yanğınla bağlı AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Gəncədə Sosial Xidmət Müəssisəsində baş verən yanğınla bağlı açıqlama verilib.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, şəhərin Qurtuluş küçəsində yerləşən Sosial Xidmət Müəssisəsində baş verən yanğınla bağlı əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli binanın üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 3-cü mərtəbəsinin bir otağında 1 ədəd yataq dəsti və 1 ədəd plastikdən ibarət qapı yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Bina yanğından mühafizə olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gəncədə #sosial #xidmət #müəssisəsində #baş #verən #yanğınla #bağlı #AÇIQLAMA