Gəncədə tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
BEY.AZ informasiya agentliyi xəbər verir
Oktyabrın 1-i saat 01 radələrində Gəncə şəhəri ərazisində 1976-cı il təvəllüdlü Fuad Əbdülhəlimovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Metbuat.az Baş Prokurorluğa istinadən xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1977-ci il təvəllüdlü Aftandil Kərimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fuad Əbdülhəlimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aftandil Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.