fbpx

​Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşasının nümayişi keçirilib

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İRƏLİ” İctimai Birliyinin iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Balaca Kişilər” tamaşasının nümayişi keçirilib.

Metbuat.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının 96-cı mövsümündə nümayiş olunan tamaşada dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları, şəhid ailələri və gənclər iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İRƏLİ” İctimai Birliyin sədri Şahin Rəhmanlı açılış nitqi ilə çıxış edərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun tarixi qələbəsindən, xalqımızın göstərdiyi birlik və həmrəylikdən söhbət açıb. Şahin Rəhmanlı diqqətə çatdırıb ki, 19 sentyabr tarixində Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri bir daha ölkə başçısının “Dəmir Yumruq” siyasəti, xalqımızın birliyi və müzəffər əsgərimizin gücünü bir daha sübut etdi. Aparılan tədbirlərin nəticəsi olaraq düşmən ağ bayraq qaldırdı və 24 saat 43 dəqiqə ərzində Azərbaycan Ordusu antiterror tədbirlərini uğurla başa vurdu.

27 Sentyabr – Anım Günü çərçivəsində “Balaca Kişilər” tamaşasının nümayişinin keçirilməsinə görə Azərbaycan Gənc Tamaşaçılar Teatrına minnətdarlığını bildirən Şahin Rəhmanlı teatrın fəaliyyətində uğurlar arzu edib, birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Tədbirin davamında əsərin müəllifi, yazıçı İlqar Fəhmi və quruluşçu-rejissor, əməkdar artist Nicat Kazımov çıxış edərək tamaşanın hərbi-vətənpərvərlik mövzusunda əhəmiyyətindən, teatrın yeni mövsümdə nümayiş etdirəcəyi müxtəlif tamaşalardan söz açıblar. Bildirilib ki, 30 il ərzində işğal altında olan torpaqlarımız ermənilərin ən amansız fitnəkarlığı ilə xarabalığa çevrilib. Müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı qələbədən sonra hazırda Qarabağda irimiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir, Qafqazın Konservatoriyası olan qədim Şuşa mötəbər, beynəlxalq layihələrə ev sahibliyi edir.

Daha sonra 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Balaca Kişilər” tamaşası təqdim edilib. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Mirzəağa Mirzəyev rol alıblar.

Tamaşanın sonunda şəhid ailələrinin üzvləri və qazilər alqış sədaları altında səhnəyə dəvət olunub.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan tamaşa İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası “Balaca Kişilər”in şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir. 44 günlük savaş və qələbəmizə ithaf edilən tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı həm də hər bir vətəndaşın torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Gənc #Tamaşaçılar #Teatrında #Balaca #Kişilər #tamaşasının #nümayişi #keçirilib

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin