fbpx

​“Gənclər Davamlı İnkişaf üçün” layihəsinə start verilir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin fərdi inkişafına yönəlik “Gənclər Davamlı İnkişaf üçün” layihəsinə start verilir.

Metbuat.az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidməti məlumat yayıb. Layihənin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artması ilə ümumilikdə rəqabətədavamlı gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir. Layihədə ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş 45 nəfər iştirak edəcək.

5 gün müddətində düşərgə formatında həyata keçiriləcək layihə çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri və onun tətbiq sahələri, layihələrin yazılması və idarə olunması, qeyri-formal təhsil və onun prinsipləri, gənclərlə iş, eləcə də, digər mövzular üzrə təlim sessiyalarının həyata keçirilməsi planlaşdırılır. Layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

Rüya tabirlerini burdan oku

“Gənclər Davamlı İnkişaf üçün” layihəsində iştirak etmək istəyən 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/acTY5



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gənclər #Davamlı #İnkişaf #üçün #layihəsinə #start #verilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu