fbpx

​Gəncləri narkokuryerliyə cəlb etməyə çalışan 40 narkotacir saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 60 kiloqram narkotik maddə qanunsuz dövriyyən çıxarılıb, 40 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Metbuat.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 60 kiloqramdan narkotik vasitə və psixotrop maddə, 2548 ədəd psixotrop tərkibli həb, 1 ədəd tüfəng və 46 ədəd patron aşkar olunub.

Daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran şəhərində keçirilən əməliyyat zamanı Astara rayon sakini Babulla Rüstəmov saxlanılıb. Onun üzərindən,idarə etdiyi avtomobildən və yaşadığı evdən 16 kiloqram marixuana, 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 25 ədəd patron aşkar edilib.

Baş İdarə əməkdaşlarının Quba rayonunda keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Ənvər Rəhimov və tanışı Emil Abbasov saxlanılıblar. Bu şəxslərdən 6 kiloqram heroin tiryək, metamfetamin aşkar edilib.

Paytaxtda, eləcə də, Abşeron və Bərdə rayonlarında həyata keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 19 nəfər saxlanılıb. Bu şəxslərdən 22 kiloqram narkotik maddə, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar, 21 ədəd patron və patron darağı aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının Gəncə, Lənkəran şəhərləri, həmçinin Bərdə, Astara, SalyanCəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 18 nəfər saxlanılıb. Bu şəxslərdən ikisi – Salyan rayonunda tutulan Ramiz Ağayev və Ziya Təhməzovdan 13 kiloqram tiryək, marixuana, 1750 ədəd psixotrop tərkibli həb, elektron tərəzi və plastik kartlar aşkar olunub. Qeyd edilən şəhər və rayonlarda tutulan digər 12 nəfərdən isə 3 kiloqram narkotik vasitə gtürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələrin satışını təşkil etməklə yanaşı, niyyətlərinin sosial şəbəkələr və digər vasitələrlə daha çox gənci narkokuryerliyə cəlb etmək olduğunu bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin