fbpx

“Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinə start verilir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinə start verilir.

Birliyin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, layihənin ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vuraraq seçilmiş iştirakçılar 2 ay müddətində insan hüquqlarının əsasları, əmək qanunvericiliyinə giriş, əməkhaqqı və iş saatı, təhlükəsizlik və sağlamlıq, müavinətlər və pensiyalar kimi bir sıra mövzularda təlimlərdə iştirak edəcəklər. Qeyd olunub ki, təlimlər qeyri-formal təhsilin metod və vasitələrinə əsaslanaraq keçiriləcək və baş tutacaq fəaliyyətlər müzakirə, qrup işi, rol oyunu və digər interaktiv üsullarla aparılacaq.

Layihə çərçivəsində həmçinin “təlimçilər üçün təlim” proqramının həyata keçirilməsi nəzərdə tutulur. Təşkilat tərəfindən diqqətə çatdırılıb ki, layihəni uğurla başa vurmuş gənclər layihənin davamlılığının təmin olunması məqsədilə təlimlər müddətində əldə etdiyi bilik və bacarıqları multiplayer qismində respublikamızın bir sıra şəhər və rayonunda yerləşən təhsil müəssisələri, gənclər təşkilatları və digər qurumlarda öz auditoriyaları ilə bölüşəcəklər.

Rüya tabirlerini burdan oku

“Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması” layihəsinin keçirilməsində əsas məqsəd gənclər arasında əmək qanunvericiliyi üzrə bacarıqları daha da təkmilləşdirmək, seçilmiş iştirakçıların əmək hüququ üzrə təlimçi kimi inkişaf etdirmək, habelə region gənclərinin insan hüquqları ilə bağlı biliklərini artıraraq ümumilikdə dövlət gənclər siyasətinə töhfələr verməkdir. Layihə Avropa Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Layihəyə 17-29 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib, habelə təlimçilik fəaliyyətinə marağı olan və bu sahədə özünüinkişafa maraqlı gənclər qatıla bilərlər. Müraciətlərin qəbulu 10 mart 2023-cü il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3SJiKUv





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gənclərin #Əmək #Hüquqları #üzrə #Biliklərinin #Artırılması #layihəsinə #start #verilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu