“Gənclik” metrostansiyası gücləndirilmiş iş rejiminə keçəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə sabah Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq Azərbaycanın “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə futbol matçı ilə əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Futbol görüşünə marağı nəzərə alaraq, Bakı metrosunun əməliyyat planı və bu arenada təşkil olunan kütləvi tədbirlərə uyğun, stansiya oyunun başlanma saatları ərəfəsində gücləndirilmiş iş qrafikində çalışacaq. Bu xüsusda stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə stansiyada növbətçilik cədvəli tərtib olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq.
Sərnişinlərin oyun qurtardıqdan sonra təhükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar nəzərə alınacaq və xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gənclik #metrostansiyası #gücləndirilmiş #iş #rejiminə #keçəcək