fbpx

Gecə klubundakı partlayışda yaralananların son durumu AÇIQLANDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakının mərkəzində yerləşən gecə klubunda baş verən partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb.

TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

“Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb.

Rüya tabirlerini burdan oku

Hazırda tibb müəssisələrində ümumilikdə, 13 nəfər müalicə alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti sabit ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib”, – qurumdan bidirilib.

Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu