fbpx

Gecə qidalanmaq bu şəxslər üçün təhlükəlidir

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Kaliforniya ştatındakı Salk Bioloji Tədqiqatlar İnstitutunun klinik tədqiqatçısı və “Nə vaxt yemək lazımdır?” adlı elmi məqalənin müəllifi Emily Manoogian deyir ki, gün ərzində 12 saat qidalanmamaq həzm sisteminin dincəlməsi üçün şərait yaradır. Bəzi ekspertlər, o cümlədən Nyu-York şəhərində yerləşən Kornel Universitetinin İnsan ekologiyası şöbəsinin professoru David Levitski insanlara gündə sadəcə bir dəfə yemək yeməyi tövsiyə edib. Professor D.Levitskinin özü də bunu təcrübədən keçirib. Onun sözlərinə görə, ” İctimaiyyətdə qarşımıza çıxan yemək əks olunan şəkillər təhtəlşüurumuza yerləşir və bu səbəbdən çoxlu yemək istəyirik. Yeməklər haqda oxuduğunuz məlumatlar, baxdığınız şəkillər sizi daha çox acdırır”. D.Levitski aclığın çox vaxt psixoloji bir hal olduğunu deyib.

Metbuat.az Salk Bioloji Tədqiqatlar İnstitutuna istinadla bildirir ki, tarixçi Seren Charrington-Hollins da qədim Romada insanların gündə bir dəfə yemək yediyini qeyd edib.

D.Levitski eyni zamanda bu metodu şəkər və qan təzyiqi problemlərindən əziyyət çəkən insanlara tövsiyə etmir.

E.Manoogian isə gündə bir dəfə qidalanmağı məsləhət görmür. “Yemək yeməyəndə qanımızdakı qlükoza səviyyəsi arta bilər. Uzun müddət davam edən yüksək qlükoza səviyyəsi isə şəkər xəstəliyinin yaranması üçün şərait yaradır”.

Mütəxəssis qan şəkərinin səviyyəsini normada saxlamaq üçün gündə bir dəfədən çox qidalanmağın vacib olduğunu deyib. Onun fikrincə uzun müddət gündə bir dəfə qidalanmaq orqanizmin ac olduğunu düşünməsinin qarşısını alır və nəhayət yemək zamanı qlükoza səviyyəsi normadan artıq olur. Gündə iki və ya üç dəfə yemək ən optimal variantdır, lakin gecə qidalanmaq ürək-damar xəstələri və şəkər problemindən əziyyət çəkənlər üçün təhlükəlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gecə #qidalanmaq #şəxslər #üçün #təhlükəlidir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin