fbpx

“General Motors” batareya sektoruna sərmayə qoyur



ABŞ-nin avtomobil istehsalçısı “General Motors” (GM) elektrikli avtomobillərin batareyasına aid xammalın çıxarılması üçün yaradılacaq birgə müəssisəyə 625 milyon dollar sərmayə qoyacaq.

BEY.AZ xəbər verir ki, bu barədə Kanada mədən şirkəti “Lithium Americas” məlumat yayıb.

Bildirilib ki, Nevada ştatında yerləşən “Thacker Pass” litium mədəninin inşası və idarə edilməsinin maliyyələşdirilməsi üçün GM ilə yeni investisiya sazişi bağlanıb. Bu razılaşma ilə GM tərəfindən 625 milyon dollar nağd və kredit dəstəyi təmin ediləcək.

“Lithium Americas” şirkəti “Thacker Pass” mədənində 62% paya sahib olacaq və mədəni iki şirkət adından idarə edəcək. GM isə bu mədəndə 38% paya sahib olacaq.

ABŞ-də elektrikli və hibrid avtomobil istehsalının sürətləndiyi bir dövrdə ölkə Çinə olan batareya xammalı asılılığını azaltmaq üçün müxtəlif addımlar atır. Elektrikli avtomobillərə federal təşviqlər üçün müəyyən nisbətdə lazım olan xamallın ölkə daxilindən təmin edilməsi tələb olunur.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin