Gizli xəstəliyi ortaya çıxdı Putinin qərarlarına təsir edən səbəb BUDUR
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna – Rusiya müharibəsi davam etdiyi bir vaxtda ABŞ kəşfiyyatının Putin haqqında qəribə məlumatı yayımlanıb.
Metbuat.az xəbər verir ki, iddialara görə Rusiya liderinə xərçəng diaqnozu qoyulub. Son günlər Ukrayna cəbhəsində sərt mövqe sərgiləyən Putinin bu davranışlarına səbəb kimi steroid terapiyasının yan təsirləri göstərilib. Həmin mənbənin başqa bir iddiası isə Vladimirin Parkinson xəstəliyinə tutulmasıdır. Belə ki, bu xəstəliyə yoluxanlarda dəqiq düşünə bilmə qabiliyyəti zəifləyir, onlar müsbət və mənfi nəticələri bir – birindən ayırd edə bilmirlər. Məqalədə Rusiya liderinin şişkin göründüyü, üzünün oval forma aldığı və qonaqlarla “absurd” məsafə saxladığı bildirilib. Nəşr iddia edib ki, Putinin son beş il ərzində qərar qəbul etməsində nəzərəçarpacaq dəyişiklik olub. Yazıda iddia edilib ki, Kreml sahibinin ətrafındakılar onun dedikləri və dünyanı necə qavraması ilə bağlı idrak və aydınlıqda nəzərəçarpacaq dərəcədə dəyişikliyi müşahidə edirlər.
Hələlik bu iddialara Kremldən cavab gəlməsə də Britaniya mətbuatı Putinin özünü qonaqlardan fiziki olaraq təcrid etdiyini və buna səbəb kimi xəstəlik qorxusu olduğunu bildirib. Bu iddialara sübut kimi Makron və Putinin görüşü zamanı kifayət qədər böyük olan həmin masa mövzusu gündəmə gətirilib.
Politoloq Elxan Şahinoğlu düşünür ki, bu məqalə Qərblə Rusiya arasında informasiya savaşının tərkib hissəsinə oxşayır.
“Bu məqalə internetdə, sosial şəbəkələrdə və dünyanın müxtəlif saytlarında geniş yaylıb. Bu məqaləni Putinin ətrafındakılar da oxuyaraq özlərinə sual edəcəklər: “Bəlkə məqalədə yazılanlarda həqiqət payı var, onda Putinin yanlış qərarları bizi uçuruma aparır, onu dayandırmaq lazımdır”. Qərbə də bu lazımdır”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.