fbpx

Gökhan Gönül millinin baş məşqçisi oldu

Rüya Yorumları burda


Keçmiş futbolçu Gökhan Gönül futbol üzrə Türkiyə millisinin baş məşqçisi vəzifəsinə gətirilib.

BEY.AZ xəbər verir ki, o yeniyetmələrdən ibarət millinin baş məşqçisi kimi fəaliyyət göstərəcək. Bu barədə Türkiyə Futbol Federasiyasından açıqlama verilib.

Qeyd edək ki, milli komandanın formasını 66 dəfə geyinən Gökhan Gönül 2016-cı il Avropa Çempionatının finalında iştirak edən Türkiyə millisinin heyətində yer alıb. Futbol karyerasına “Bursa Yolspor”da başlayan və “Gənclərbirliyi”, “Gənclərbirliyi ASAŞ”, “Gənclərbirliyi OFTAŞ”, “Fənərbaxça”, “Beşiktaş” və “Çaykur Rizespor” klublarında çıxış edən Gökhan Gönül hələ də Super Liqa tarixində ən çox oyun keçirən futbolçular sırasındadır.

Futbolçu karyerasında avrokuboklarda 76 matça çıxan Gökhan Gönül, “Fənərbaxça” ilə 2 dəfə Superliqa, 2 dəfə Türkiyə Kuboku və 3 dəfə Superkubok qazanıb. O, “Beşiktaş”la da bir dəfə Super Liqa çempionu olub.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu