Gömrük orqanlarının xətti ilə büdcəyə nə qədər vəsait daxil olub?
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 4 milyard 378,217 milyon manat təşkil edib.
BEY.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.
O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 32,1 % artaraq 1 milyard 411,951 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3,5 % azalaraq 2 milyard 809,397 milyon manat, aksizlər üzrə daxilolmalar 11,4 % azalaraq 130,843 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 14 % azalaraq 26,027 milyon manat olub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |