fbpx

Gör, nə yerə çatıb ki, gəlin toyda “ləzginka” oynayır



Xalq artisti Roza Cəlilova “O üz” proqramında qonaq olub.

BEY.AZ axşam.az-a istinadla xəbər verir ki, sənətçi Əməkdar artist Elza Seyidcahanın verilişdə səsləndirdiyi fikirlərlə razılaşmayıb.

Seyidcahan müsahibəsində “Roza xanımın müsahibələrində dəfələrlə eşitmişəm ki, rəqqasə toyda aş aparmaz. Elə bir uşaq tanıyıram ki, o, rəqsə böyük həvəsi var. Amma o, məcbur ki, gəlib axşam restoranlarda çalışsın, evinə pul aparsın” deyə bildirib.

R.Cəlilova isə toyda aş təqdim etməyin rəqqasənin işi olmadığını vurğulayıb:

“Elza çox yaxşı qadındır. Zövqü qəşəngdir. Amma mən onunla razılaşmıram. Çünki aş gətirmək üçün orada işçi var. Rəqqasə aşı gətirərək ucuzlaşdırılır. Elə şeyə razı deyiləm. Orada işçi var, buna görə maaş alır. Rəqqasəni ucuzlaşdırmaq olmaz. Qətiyyən”.

Rəqqasə toylarda xüsusən gəlinlərin “ləzginka” rəqs etməsini də pisləyib:

“Bir dəfə evdə əyləşəndə mənə zəng gəldi. Qadın idi. Dedi, güclə sənin nömrəni tapmışam, qızımın toyudur, ləzginka oynamaq istəyir. İnanırsınız, o dəqiqə dedim ki, siz oraya düşməmisiniz, telefonu yerə qoydum. Gör, nə yerə çatıb ki, gəlin toyda “ləzginka” oynayır. Oynasın, amma gəlin utancaq olur. Üzündə duvağı var. O, su içəndə də utanır. Tarixdə icazə vermərəm mənim rəqqasələrim, ya uşaqlarım oynasın. Qız qız kimi oynamalıdır”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin