Goranboyda ər və arvad faciəvi şəkildə vəfat etdi
Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.
BEY.AZ-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakinləri – 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |