Görün partlayış olan gecə klubu KİMİN İMİŞ
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunun kimə məxsus olması məlum olub.
Metbuat.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur.
Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.
Qeyd edək ki, hadisə ilkin ehtimala görə qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 30-dan çox şəxs isə xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.