fbpx

“Görünür, təsadüfən raket buraxılıb” – Rusiyalı ekspert

Rüya Yorumları burda

“Azərbaycan təyyarəsinin vurulduğunu müəyyən etmək çox asandır”.

BEY.AZ xəbər verir ki, bu fikirləri APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer bildirib.

“Təyyarədə şrapnel, yəni, dəyirmi güllələrlə dolu partlayıcı artilleriya mərmisinin izi var, ya da yox. Bunu müəyyən etmək bu qədər bəsitdir. Ona görə də, şrapnelin dəqiq xarakter izləri tezliklə müəyyən olunacaq. Hətta həlak olanların bədənlərində də onun izləri qalır. Bunu gizlətmək mümkün deyil. “Embraer” təyyarəsinin istehsal edildiyi Braziliyanın nümayəndələri də bunu müəyyən edə bilər”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, təyyarənin vurulması və daha sonra bu qədər məsafə qət etməsi çox nadir haldır: “Amma bu mümkündür. Hər şey dəqiqliyinədək məlum olacaq. Heç bir şübhə qalmayacaq. Təyyarədə artilleriya mərmisinin izlərini itirmək mümkün deyil, o cümlədən həlak olanların bədənində… Təhqiqat bunu mütləq göstərməlidir. O zaman nə baş verdiyi anlaşılacaq”.

Rüya tabirlerini burdan oku

“Məntiqlə təyyarənin Rusiya ərazisinə endirilməsinə icazə verilməliydi”

Pavel Felgenhauer Rusiyanın Azərbaycan təyyarəsinə niyə yaxınlıqdakı aerodromlara enişə icazə verməməsini anlaya bilmədiyini qeyd edib: “Əgər vurublarsa belə, niyə təyyarə Qazaxıstana istiqamətləndirilsin? Qazaxıstanda təyyarə qəzasının müstəqil araşdırılması ehtimalı var. Məntiqlə təyyarənin Rusiya ərazisinə endirilməsinə icazə verilməliydi ki, araşdırmanı da Rusiya tərəfi həyata keçirsin. Bu beynəlxalq qaydadır. Təhqiqatı, təyyarə qəzası hansı ölkənin ərazisində baş verirsə, o aparır. Ona görə də, təyyarə niyə Aktauya istiqamətləndirilib, bunu anlaya bilmirəm”.

“Görünür ki, burada nəsə baş verib, təsadüfən raket buraxılıb”

Ekspert Rusiyanın PUA hücumu olan zaman həmin regionun hava məkanını, hava limanlarını bağladığını bildirib: “Görünür ki, burada nəsə baş verib, təsadüfən raket buraxılıb. Belə hallar olub. Yadınızdadırsa, Ukrayna təyyarəsi Tehran üzərində vurulmuşdu. O zaman təyyarədə olan hər kəs həlak olmuşdu. İran tərəfi öz səhvini etiraf etmişdi. Ona görə də Rusiyanın özünü bu qədər qəribə aparmasının səbəbini deyə bilmirəm.

Əgər elan olsunsa ki, təyyarə qəzasında zədələyici elementlərin təsiri olub, yəni raketlə vurulub, bu əlbəttə ki, xoşagəlməyən vəziyyət olacaq. İran Ukrayna təyyarəsini vuranda bunu etiraf elədi. Ona görə də düşünürəm ki, Rusiya da əvvəl-axır etiraf etməlidir. Çünki burada həqiqəti gizlətmək olmaz. Əgər faktlar varsa, onları gizlətmək mənasız olacaq. Baxaq görək necə olur”.

Zenit raketi təyyarəni necə zədələyir?

Felgenhauer Hava Hücumundan Müdafiə Sistemi olan “Pantsir-S”-Zenit Raket Kompleksindən buraxılan raketin döyüş hissəsinin partlaması ilə bağlı vəziyyətə də aydınlıq gətirib: “Zenit raketi təyyarənin göyərtəsinə dəyib partlamır. Təyyarəyə çatmamış müəyyən məsafədə partlayır və onun şrapnelləri təyyarəni vurur. Amma digər, misal üçün, “İqla” raketləri birbaşa təyyarəni vurur, yəni raket birbaşa təyyarəyə dəyir. Ona görə də həmin şrapnellərin izləri təyyarədə qalmalıdır. Azərbaycan təyyarəsinin quyruq hissəsində həmin izlərin olduğu müşahidə olunur. Bu izlər həm təyyarədə, həm də sərnişinlərin üzərində qalmalıdır. Bu faktları gizlətmək mümkün deyil”.

Rusiyalı hərbi ekspert təyyarədə guya oksigen balonunun partladığına dair məlumatları da şərh edib: “Bu barədə heç bir fikrim yoxdur. Mən Braziliya istehsalı “Embrarer” təyyarəsi üzrə mütəxəssis deyiləm. Amma deyə bilərəm ki, zenit raket kompleksindən buraxılan raketin mərmilərinin izini itirmək mümkün deyil. Təyyarənin içindən havada olarkən çəkilən videoda görünən yaralanmış sərnişini də ekspertiza etmək lazımdır. Əgər o, həlak olubsa, onun meyitini ekspertiza etmək lazımdır. O zaman raket mərmisinin izləri mütləq aşkar olunacaq. Ona görə də, bu faktları praktiki olaraq gizlətmək mümkün deyil”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu