fbpx

Görüş üçün niyə məhz Yevlax seçildi?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Sabah rəsmi Bakının təklif etdiyi kimi, ölkəmizin Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş yerinin Yevlax şəhərinə təyin edilməsi maraqla qarşılanıb və sosial şəbəkələrdə bununla bağlı müzakirələr gedir.

“Niyə məhz Yevlax?” sualı hazırda sosial şəbəkələrdə ən aktual suallardan biridir və bununla bağlı hərə öz mülahizəsini irəli sürür.

Rüya tabirlerini burdan oku

Əvvələ xatırladaq ki, rəsmi Bakının təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi avqustun əvvəllərində razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.

Lakin bütün bu razılıqlara baxmayaraq, Qarabağın erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozmuşdu.

Bundan başqa, ermənilər görüşün neytral zonada keçirilməsi istəyirdi ki, Azərbaycan da bunun müzakirə mövzusu belə ola bilməyəcəyini bildirmişdi. Çünki Azərbaycanın daxili məsələsi heç vaxt neytral məkanda müzakirə oluna bilməzdi!

Görüşün Yevlaxa təyin olunmasına gəlincə, bunun sadəcə, məsəfə baxımından həm əlverişli, həm də logistik olaraq uyğun olduğu bildirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Görüş #üçün #niyə #məhz #Yevlax #seçildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu