fbpx

Göyçayda polisə xəsarət yetirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Göyçayda polis əməkdaşına qarşı zor tətbiq edilib.

Bu barədə Metbuat.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 27-si saat 16 radələrində rayonun Bığır kəndi ərazisində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Rüya tabirlerini burdan oku

Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Bığır kənd sakini Nursoltan Məmmədov Rayon İcra Hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq həmin lövhənin bir hissəsi ilə sonuncuya vurması nəticəsində Şahin Xalidov sol qulaq seyvanının səthi kəsilmiş yarası xəsarət alıb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət işi üzrə istintaq davam edir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu