Göyçaydakı qəzada xəsarət alanların kimliyi bəlli oldu
Xəbər verdiyimiz kimi, Göyçayda ağır yol qəzasında baş verib.
BEY.AZ xəbər verir ki, hadisə zamanı xəsarət alanların kimliyi məlum olub. Onlar, “Volkswagen” markalı minik avtomobilinin sərnişini Soltanov Ramin Maarif oğlu və “Lada Priora” markalı minik avtomobilinin sürücüsü Rəhimov Ramin Müslüm oğludur.
Qeyd edək ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Volkswagen” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Fakt araşdırılır.
Davud Tarverdiyev, BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |