fbpx

Gözəl dəriyə sahib olmaq üçün bu məhsuldan imtina edin

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Təmiz və gözəl dəri hər insanın arzusudur. Yeniyetməlik dövründə dəridə sızanaq və civzələrin olması təbii haldır və orqanizmdə gedən ciddi hormonal dəyişikliklərlə bağlıdır.

Lakin dermatoloqların müşahidələrinə görə, hətta 25 yaşdan sonra insanların 20-40%-də sızanaqlar problemi aktual olaraq qalır.

Dermatoloqlar sübut edir ki, bir çox insanlarda bəzi adi məhsulların qəbulu dəridə səpgilərə səbəb olur. Bu məhsullara arasında: tünd şokolad, ədviyyatlar, turşular, hisə verilmiş məhsullar, sosis, kolbasa, çipsi.

Son zamanlar mütəxəssislər dərinin vəziyyətinə mənfi təsir edən məhsullar siyahısına südü da daxil edib.

BEY.AZ saglamolun.az-a istinadən xəbər verir ki, amerikalı alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, südün tərkibində olan hormonlar orqanizmdə testosteronun ifrazına təsir edir. Nəticədə dəri piyinin ifrazı da artır, piy dəri məsamələrini bağlayır və bu da sızanaqların əmələ gəlməsinə və ya çoxalmasına səbəb olur.

Rüya tabirlerini burdan oku

Nəzərə almaq lazımdır ki, bu fikir yalnız südə aiddir. Probiotiklərlə zəngin olan süd məhsulları (qatıq, kəsmik, xama, pendir və s.) əksinə dəri üçün çox faydalıdır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Gözəl #dəriyə #sahib #olmaq #üçün #məhsuldan #imtina #edin

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu