fbpx

“Gözəl qadınlara baxan kişlər daha sağlam olur”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Alman alimləri uzun araşdırmalardan sonra müəyyən ediblər ki, qadın gözəlliyi kişilərin psixoloji durumuna müsbət təsir edən amillərdən biridir. 5 illik elmi araşdırmalar göstərib ki, gözəl qadına müntəzəm olaraq baxan kişilərin sağlamlıq göstəriciləri baxmayan həmcinslərinə nisbətən daha yaxşıdır.

Xüsusən də, onların qan təzyiqi daha aşağı olur. Alman tədqiqatçıları belə qənaətə gəliblər ki, gözəl qadınla ünsiyyətdə olmaq kişilərə özlərini yaxşı formada saxlamağa kömək edir.

Kişilər üçün qadının təkcə sifət cizgiləri deyil, həm də digər nahiyələri cəlbedicidir.

Araşdırmalar zamanı aydın olub ki, gözəl qadın sinəsi kişilərin diqqətini maqnit kimi cəlb edir. Belə ki, qadının sinəsinə 10 dəqiqəlik baxmağın sağlamlığa təsir dərəcəsi idman zalında yarım saatlıq məşqə bərabərdir. 3 dəqiqə baxmaqsa, kişilərdə insult və infarkt ehtimalını yarıya qədər azaldır. Ümumilikdə isə qadın gözəlliyini seyr etmək kişilərin ömrünü 3-4 il uzadır.

Metbuat.az Bizim.media-ya istinadən bildriir ki, mövzu ilə psixoloq Gülnarə Abuzərova bildirib ki, qadın bütün gözəlliklərin alisidir:

“Qadına olan diqqət, sevgi həyata olan heyranlıqdır. Elm sübut edib ki, gün ərzində gözəl qadınlarla ünsiyyətdə olan kişilərin enerjisi daima pozitiv olur. Bu kişinin həm maddi, həm psixoloji, həm də fizioloji durumuna çox müsbət təsir edir. Bir sözlə qadın gözəlliyi kişiləri həyata daha çox bağlayır. Onlarda mübarizlik ruhunu artırır. Yada salaq ki, kişilər bir Vətən, bir də sevdikləri qadınlar üçün fikirləşmədən ölümə gedirlər”.

Psixoloq əlavə edib ki, hər bir insanın ruhu, zəkası və gözü daima gözəllik axtarır:

“Bu xüsusiyyət kişilərdə daha güclüdür. Çünki, qadınlar qulaqları ilə, kişilərsə gözləri ilə sevirlər. Ona görə də kişilər gözəl qadın görəndə gözlərini ondan asanlıqla çəkə bilmirlər. Və bunu hətta ətrafda olanlar da asanlıqla müşahidə edə bilir.

Təsadüfi deyil ki, gözəl qadınla ünsiyyətdə olan kişinin xoşbəxtlik hormonu daha yüksək olur. Gözəl qadınla ünsiyyəti az olan kişilərsə daha aqressiv və bədbin olurlar. Qadın gözəlliyi qarşısında əriyən və hətta məhv olan kişilər barədə tarixdə çox faktlar olub. Ümumiyyətlə, kişilərin gözəllik haqqında düşüncəsi fərqlidir. Bəzi kişilər qadının üz cizgisinə, bəziləri bədən quruluşuna və hətta bəziləri isə qadın sinəsinə aşiq olur.

Bir sözlə, dünyanı gözəllik xilas etdiyi kimi, kişiləri həyatda saxlayan amillərdən biri də qadın gözəlliyidir. Fərhad Şirinə qovuşmaq üçün Bisutun dağını çapmağa razılıq verib.

Halbuki bir dağın bir nəfər tərəfindən yarılması mümkünsüzdür. Amma qadın gözəlliyi kişiləri hər şeyə vadar edir.

Amma unutmayaq ki, bütün gözəlliklərin zirvəsi gözəl sima yox, gözəl qəlbdir. Zahiri gözəllik nisbidir, lakin qəlbin gözəlliyi əbədidir. Ona görə də kişiləri cavan saxlayan daha çox gözəl qəlbli qadınlardır”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Gözəl #qadınlara #baxan #kişlər #daha #sağlam #olur

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin