fbpx

Gözünüzün altında göyümtül şişkinlik nədən xəbər VERİR?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Gözümüzdəki simptomların əksəriyyəti bizə bədənimizdəki digər xəstəliklər haqqında işarələr verir. Bununla bağlı türkiyəli oftalmologiya Mütəxəssisi Prof. Dr. Nur Acar Göçgil məlumat verib.

Metbuat.az sağlamolun.az-a istinadən xəbər verir ki, diabetdən hipertoniyaya, damar xəstəliklərindən, qan laxtalanmasına qədər bir çox xəstəliyin qarşısını almaq üçün erkən diaqnozun əhəmiyyəti böyükdür. Gözlərin altının şişməsi ürək xəstəliklərinin də əlaməti ola bilər.

O bildirib ki, yuxu zamanı bədəndə daha çox göz qapaqlarında ödem yığılması baş verə bilər. Yuxudan oyananda gözlərimizin şişdiyini hiss edə bilərik. Günün gec saatlarında azalan bu şişlik kimi şikayətlər gizli ürək xəstəliklərinin xəbərdarlığı ola bilər.

Rüya tabirlerini burdan oku

Hər iki gözdə və ya bir gözdə görmə dəyişikliklərinin diabet və hipertoniya əlaməti ola biləcəyini vurğulayan mütəxəssis qeyd edib ki, gözə əhəmiyyətli və qalıcı zərər verə bilən şəkər xəstəliyinə göz dibi müayinəsi ilə erkən diaqnoz qoyula bilər.

“Ürək xəstəliklərinin əsas səbəbi aterosklerozun inkişafıdır. Bu ateroskleroz bədənimizin bütün damarlarında baş verə bilər. Göz damarlarında sərtlik və ya göz damarlarında laxtalanma müvəqqəti görmə pozğunluğuna səbəb ola bilər. Ürək ritmindəki pozğunluqlar da göz damarlarında laxtalanma kimi nəticələrə səbəb ola bilər. Ürək-damar xəstəlikləri və ürək ritminin pozulma riski olduğundan müvəqqəti görmə qabiliyyətini itirmiş insanların yoxlanılması vacibdir”, deyə oftalmoloq əlavə edib.

Onun sözlərinə görə, nəzarət olunmayan yüksək qan təzyiqi göz damarlarında tıxanma yaradır, nəticədə mərkəzi görmə və ya bir nahiyədə görmə pozğunluğu yarana bilər. Tıxanmış damar nahiyəsində retinada qanaxmalar və sarı ləkədə ödem inkişaf edə bilər. Daimi görmə zədəsi yaxından izləmə və vaxtında müalicə ilə minimuma endirilir. Əsas sistemik xəstəliyin müalicəsi də çox vacibdir. Müalicə və yaxından izləmə ilə tor qişada anormal qan damarlarının inkişafının qarşısı alınır. Xəstəliyin şiddəti göz müayinəsi ilə müəyyən edilə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Gözünüzün #altında #göyümtül #şişkinlik #nədən #xəbər #VERİR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu