fbpx

Güclü klublardan biri ilə qarşılaşacağıq



“Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq”.

BEY.AZ xəbər verir ki, bunu İsveçin “Malmö” klubunun baş məşqçisi Henrik Ryudström “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

“Qarabağ”ı analiz etmişik. Güclü komandadır. Hətta, mən deyərdim ki, sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. Doğma meydanda rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı sahib olma bacarıqları var. Sabahkı oyunun çətin olacağını bilirik. Amma Bakıya qələbə ardınca gəlmişik”- deyə H. Ryudström bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin