Güləşçimiz yarımfinala vəsiqə qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
BEY.AZ xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdikov ilə üz-üzə gəlib.
Rəqibini 4:0 hesabı ilə məğlub edən güləşçimiz adını yarımfinala yazdırıb.
S.Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə qalib gəlib.
Digər yunan-Roma güləşçimiz Murad Məmmədov (60 kiloqram) isə 1/8 finalda ekvadorlu Rayber Joze Rodriges Oroskoya uduzub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Görüş bu gün, saat 23:00-da başlayacaq.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |