Güləşçimiz ikiqat Avropa çempionu oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Metbuat.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançımızım rəqibi gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb – 8:2.
Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.